Əfqanıstanın Pərvan əyalətində Hindukuş dağlarının zirvəsində tuneldə yanacaq daşıyan tanker partlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, partlayış nəticəsində baş verən yanğında 19 nəfər ölüb, 32 nəfər yaralanıb.
Partlayışdan sonra tunelin damının çökdüyünü qeyd edən səlahiyyətlilər, ölənlərin sayının arta biləcəyini vurğulayıblar.