90 metr hündürlükdən uçuruma düşdülər – DƏHŞƏTLİ QƏZA (VİDEO)

15:27 - 19 Dekabr 2022

90 metr hündürlükdən uçuruma düşdülər – DƏHŞƏTLİ QƏZA (VİDEO)

ABŞ-da yaşayan 23 yaşlı gənc qız və onun 24 yaşlı sevgilisi maşının qəzaya uğraması nəticəsində 90 metr hündürlükdə olan uçurumdan aşağı düşüblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cütlük arxalarında israrla siqnal verən başqa bir avtomobilə yol vermək üçün kənara çəkilməyə çalışıb. Lakin bu zaman onlar avtomobilin idarəetməsini itirərək uçuruma doğru sürükləniblər.

Maşın 90 metr uçurumdan aşağı yuvarlandıqdan sonra tərs şəkilfə kanyona çırpılıb və nəticədə maşın paramparça olub. Cütlük möcüzə nəticəsində sağ qalıb.

Tərs çevrilmiş avtomobildə sağ çıxan gənclər təhlükəsizlik kəmərlərini çıxararaq sürətlə çölə çıxıblar.

Onlarda yüngül xəsarətlər və əziklərdən başqa heç bir problem olmayıb. Qəza nəticəsində telefonları da yararsız hala düşüb. Lakin Apple-ın toqquşma aşkarlama xüsusiyyəti sayəsində iPhone markalı telefon yol-nəqliyyat hadisəsini aşkarlayaraq telefon təcili xidmətlə əlaqə saxlayıb.

Telefon əhatə dairəsindən kənarda olsa belə, təcili yardım xidməti ilə əlaqə saxlamağa imkan verən proqram cütlüyə yer məlumatları və statuslarını səlahiyyətlilərə bildirməyə kömək edib. Yarım saatdan sonra xilasediciləri daşıyan helikopter gəlib və cütlüyü xilas edib.
 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az