Bu gün İran-Pakistan sərhədində yerləşən Saravan sərhəd-keçid məntəqəsi yaxınlığında SEPAH-ın döyüşçüləri ilə naməlum silahlı qruplaşma üzvləri arasında şiddətli atışma olub.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın “Telegram” kanalları məlumat yayıblar.
Silahlı toqquşma nəticəsində SEPAH-ın dörd hərbçisi öldürülüb. Məlumatı İslam İnqilabı Keşikçiləri Korpusundan da təsdiqləyiblər.
Öldürülən iranlı hərbçilərin adları və rütbələri açıqlanıb.
Hələlik silahlı toqquşmanın hansı səbəbdən baş verdiyi bilinmir.