Polşanın müdafiə naziri Mariuş Blaşçak Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin ölkənin şərqində yerləşdiriləcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blaşçak xatırladıb ki, Almaniya hökuməti ötən ay Polşanın şərqinə düşən və 2 nəfərin ölümünə səbəb olan raketdən sonra Varşavaya Patriot təklif edib.
Belə bir vəziyyətin bir daha yaşanmayacağına ümid etdiklərini ifadə edən Blaşçak, "Batareyalar Polşanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən Lublin bölgəsində yerləşdiriləcək" – deyib.