Burdurda yeni doğulan körpəni qapının ağzında qoyub qaçıblar. Körpənin düz 7 saat soyuqda qaldığı bildirilib.
Səhər saat 10-da evindən çıxmaq üçün qapını açan Mehmet Taşlıoğlu qapısının önündə qundağa sarılı körpə olduğunu görüb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, körpəni içəri aparan Taşlıoğlu 112 təcili yardım qruplarına və polisə xəbər verib.
Hadisə yerinə gələn 112 qrup tərəfindən ilk müdaxiləsi edilən qız körpə Burdur Dövlət Xəstəxanasının yeni doğulmuş reanimasiya şöbəsinə yerləşdirilib.
Burada aparılan müayinələrdə hətta körpənin yeni doğulmuş ipinin belə bağlandığı görülüb. Tənəffüs çətinliyi olan körpə İsparta Süleyman Dəmirəl Universiteti Tibb Fakültəsi Xəstəxanasına sövq edilib.