Şimali Koreya Yaponiyanı HƏDƏLƏDİ

13:04 - 20 Dekabr 2022

Şimali Koreya Yaponiyanı HƏDƏLƏDİ

Yaponiyanın bu yaxınlarda yenidən işlənmiş milli təhlükəsizlik strategiyasına Şimali Koreya sərt reaksiya verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Tokionun digər ölkələrə qarşı qabaqlayıcı zərbə imkanlarını təsirli şəkildə nümayiş etdirən yeni təhlükəsizlik strategiyası qəbul edərək Koreya yarımadası və Şərqi Asiya bölgəsində “ciddi təhlükəsizlik böhranına səbəb olduğu” iddia edilib.

Yaponiyanın yeni siyasəti ilə bölgədəki təhlükəsizlik mühitinin köklü şəkildə dəyişdiyini müdafiə edən bəyanatda, “Bir daha xatırladırıq ki, mürəkkəb regional təhlükəsizlik qarşısında əsas hüquqlarımızı qorumaq üçün cəsarətli və qətiyyətli hərbi tədbirlər görmək hüququmuz var. Yaponiya tezliklə səhv və çox təhlükəli seçim etdiyini qorxaraq öyrənəcək” – deyilib.

Açıqlamada hansı hərbi tədbirlərin görüləcəyi ilə bağlı detallar paylaşılmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az