NASA sosial mediada yer kürəsinin ən soyuq nöqtəsinin yerini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NASA bununla bağlı Facebook-da paylaşım edib:
"Tətiliniz üçün ən soyuq yer axtarırsınız? Siz orada heç kimi görə bilməzsiniz, lakin Yer kürəsində tapdığımız ən soyuq yer Şərqi Antarktika Yaylasındakı yüksək silsilələrdir. Aydın bir qış gecəsində temperatur -92,7 dərəcə aşağı düşə bilər”.
Bu, hətta -92,7 dərəcə benzini belə dondura bilən temperatur deməkdir.