Kosovo baş naziri Albin Kurti Ukraynadakı müharibədən istədiyini tapa bilməyən Rusiya prezidenti Vladimir Putinin Serbiya ilə mübahisələrdə gərginliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kurti Kosovo ilə Serbiya arasında gərginliyin artmasının Putinin xeyrinə olacağını müdafiə edərək, Qərb ölkələrinin Belqrad və Moskva arasındakı münasibətlərdən narahat olduğunu bildirib:
“Düşünürəm ki, onların əsas narahatlığı məhz budur: Rusiya işğal və hücumlardan sonra Ukraynada ağır zərbələrə məruz qaldığı üçün indi genişlənməyə çalışır. Müştərilərinin Belqradda yerləşdiyi Balkanlara müharibəni qızışdıraraq, xarici resurslardan istifadə etməyə çalışır”.