ABŞ-ın Kaliforniya ştatında 6,4 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün yerli vaxtla saat 02:34-də ABŞ-ın qərbində, Kaliforniyanın şimalında 6,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Kaliforniyanın şimalındakı Ferndale şəhərindən cəmi 12 kilometr aralıda olub.
Zəlzələ 16 kilometr dərinlikdə baş verib.
ABŞ-ın Sunami Xəbərdarlığı Mərkəzi qurudakı zəlzələdən sonra xəbərdarlıq etməyib.
Zəlzələ nəticəsində eklektik xətlərin zədələndiyi üçün təxminən 55 min evə elektrik enerjisi verilə bilməyib.