Tesla və SpaceX-in qurucusu İlon Musk ötən gün Twitter-də baş direktor vəzifəsindən istefa verib-verməyəcəyi ilə bağlı sorğu başlatmışdı və nəticə “CEO işini tərk et” olmuşdu.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask, nəticələrdən sonra sorğuda bir çox saxta hesabın səs verdiyini iddia edib.
Bir istifadəçinin "Yalnız Mavi üzvlər qayda yaratma anketlərində səs verə bilməlidir" şərhini cavablayan Mask, "Yaxşı fikirdir, Twitter bu dəyişikliyi edəcək" - yazıb.
Beləliklə də o, bundan sonra vacib mövzularda yalnız pullu üzvlərin səs verəcəyini bildirib.