Rusiyanın qadınlardan ibarət MOİK futbol klubunun gənclərdən ibarət komandasının qapıçısı Viktoriya Vinoqradova 17 yaşında qəflətən dünyasını dəyişib.
Manset.az BAKU.WS-aə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Onun ölümünün səbəbləri açıqlanmayıb. Məlumata görə, idmançı həmin vaxt məzuniyyətdə olub.
Vinoqradova 2022-ci il mövsümündə MOİK-in gənclərdən ibarət heyətinə daxil edilib. Ancaq o heç bir oyunda meydana çıxmayıb. Komanda turnir cədvəlində 7-ci yeri tutub.

