Hindistanda 4 nəfər "Omikron" ştamının təhlükəli subvariantına YOLUXDU

18:43 - 21 Dekabr 2022

Hindistanda 4 nəfər \"Omikron\" ştamının təhlükəli subvariantına YOLUXDU

Hindistanda koronavirusun "Omikron" ştamının təhlükəli subvariantına yoluxma ilə bağlı ən azı 4 hal aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Hindistanın NDTV agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Çində epidemiyanın yeni dalğasına səbəb olan bu subvariant Hindistanın Qucarat ştatının qərbində və Odişa ştatının şərqində qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşlara insanların sıx olduğu yerlərdə maska ​​taxmağı tövsiyə edib və vəziyyəti hər həftə yoxlayacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az