Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin paytaxtı Vaşinqtona səfər edəcək.
Manset.az “Reauters” agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti ABŞ-li həmkarı Cozef Baydenlə görüşəcək.
Həmçinin, onun ABŞ Konqresində çıxışı gözlənilir
Görüş əsnansında Baydeninin Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni silah paketi elan edəcəyi bildirilib.
Qeyd edək ki, bu, Zelenskinin müharibə müddətində xaricə ilk səfəri olacaq.