Kanadanın Toronto şəhərində yaşları 13-16 arasında olan səkkiz yeniyetmə qız 59 yaşlı evsiz kişini öldürməkdə günahlandırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şübhəlilər polisin bazar günü gecə yarısından sonra baş verən "kütləvi hücum" kimi təsvir etdiyi hadisədə qurbanı bıçaqlamaqda günahlandırılır.
Qətl qurbanının evsizlər üçün sığınacaqda yaşadığı bildirilib.
Qısa müddət əvvəl sığınacaqda məskunlaşan zərərçəkənin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.
Kanada qanunlarına görə 18 yaşından kiçik olduqları üçün kimlikləri açıqlanmayan gənc qızlar hadisə yerinin yaxınlığında saxlanılıb.
Polis məmuru gənc qızların sosial mediada tanış olduğunu və onlardan üçünün polisdə cinayət qeydinin olduğunu bildirib.
Gənc qızların həmin gecə başqa davaya da qarışdıqları açıqlanıb.
Yaxınlıqdakı sığınacaqda yaşayan hadisə şahidi bildirib ki, gənc qızlar spirtli içki istəmək üçün onun yanına gəliblər və o, gənc qızlara mane olmaq və özünü qorumaq istəyərkən qarnından bıçaqlanıb.