Gürcüstanın paytaxtı Tbilisidə ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilir.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Saakaşvili məhkəmə iclasına müalicə aldığı “Vivamed” klinikasından onlayn qaydada qoşulub.
Videodan Saakaşvilinin hazırda hansı vəziyyətdə olduğunu və çox çəki itirdiyini görmək mümkündür.
Məlumata görə, gürcü siyasətçinin tərəfdarları və müxalifət nümayəndələri məhkəmə binasının ətrafına toplaşıb.