Serbiya və Kosovo arasında gərginlik artır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kosovonun şimalındakı hücumlardan sonra Serbiyanın baş naziri Ana Brnabiç Kosovo tərəfinə qarşı sülhü qorumaq üçün hər kəsin əlindən gələni etməli olduğunu vurğulayaraq əlavə edib:
“Priştinanın təktərəfli addımları səbəbindən münaqişə astanasındayıq”.
Kosovo tərəfi də təhlükəsizlik tədbirlərini artırıb. Kosovo polisindən verilən açıqlamada ölkənin şimalında yaşayan vətəndaşlara qarşı təhdidlərin artması ilə əlaqədar "şəhərlərdə və şəhərlərarası yollarda aktiv vəzifələrlə yanaşı avtomobil nəzarət məntəqələri yaradıldığı" bildirilib.