İspaniyada baş verən yol qəzası sosial mediada gündəmə çevrilib. Dayanacaqdan çıxan avtomobil az qala fəlakətə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, skuter sürən şəxs nəqliyyat vasitəsi ilə əsas yola çıxmağa hazırlaşan sürücünün qarşısına yıxılıb.
Avtomobil 2 dəfə yıxılan şəxsin başının üstündən keçib. Lakin o, möcüzə nəticəsində sağ qalıb.
Daxili qanaxma ehtimalı və sınıq nəzarəti ilə xəstəxanaya çatdırılan kişinin həyatı üçün təhlükə olmadığı, qabırğalarında və bədənində əzilmələrin olduğu bildirilib.
Digər tərəfdən qəzadan sonra zərərçəkən sürücüdən şikayət edib. Məsələ ilə bağlı məhkəmə prosesinin davam etdiyi öyrənilib.