Rusiya Federasiyasının Prezidenti Vladimir Putin erməni milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığını ləğv edib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanı tərk edərək Ermənistana, oradan isə qanunsuz şəkildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçən Ruben Vardanyan Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının əsas himayəçisinə çevrilib.