Talibandan qızlara daha bir QADAĞA

18:00 - 22 Dekabr 2022

Talibandan qızlara daha bir QADAĞA

Əfqanıstanda Talibanın qızların ibtidai məktəbə getməsini qadağan etdiyi bildirilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Taliban rəsmiləri çərşənbə günü paytaxt Kabildə özəl məktəb direktorları, ruhanilər və icma nümayəndələri ilə görüşüb.

Səlahiyyətlilər, qadın müəllim və işçilərin də məktəblərdə çalışmasının qadağan edildiyini açıqlayıb.

Qadağa ilə bağlı Talibandan rəsmi açıqlama verilməsə də, görüş zamanı tətbiqin müvəqqəti olacağı bildirilib.

Bundan əlavə, qadınların məscidlərə daxil olmayacağı və dini seminarlara buraxılmayacağı da bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az