“Bu həmlə Moskvanın çarəsizliyinə və tənhalığına işarədir" - ABŞ-dan ŞOK İDDİA

11:34 - 23 Dekabr 2022

“Bu həmlə Moskvanın çarəsizliyinə və tənhalığına işarədir\" - ABŞ-dan ŞOK İDDİA

Birləşmiş Ştatlar Şimali Koreyanı Vaqner qrupunu Ukraynada istifadə üçün raketlərlə təmin etməkdə ittiham edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Ev silah-sursat tədarükünün BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu əsas gətirərək, Vaqnerə qarşı daha geniş sanksiyalar tətbiq edəcəyini bildirib.

Şimali Koreya administrasiyası və Vaqner bu xəbərləri təkzib edib.

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi jurnalistlərə deyib ki, “Vaqner Ukraynadakı hərbi əməliyyatını dəstəkləmək üçün dünya miqyasında silah tədarükçüsü axtarır”.

O, bəyan edib ki, Şimali Koreya edilən ödəniş müqabilində Vaqner qrupuna ilk təslimatı edib.

Ağ Ev bildirib ki, Vaqner piyadalar üçün nəzərdə tutulan raketlərlə birlikdə Şimali Koreyadan raketlər alıb.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də bəyan edib ki, Böyük Britaniya Vaşinqtonun qiymətləndirmələri ilə razıdır:

"Rusiyanın kömək üçün Şimali Koreyaya üz tutması Moskvanın çarəsizliyinə və tənhalığına işarədir”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az