Twitter-in yeni baş direktoru olduğu iddia edilən qadınla bağlı həqiqət üzə çıxdı - FOTO

12:33 - 23 Dekabr 2022

Twitter-in yeni baş direktoru olduğu iddia edilən qadınla bağlı həqiqət üzə çıxdı - FOTO

İlon Mask "Məni əvəz edəcək qədər axmaq birini tapdığım zaman CEO kimi işimi tərk edəcəm" - deməsindən sonra Twitter-in yeni CEO-su Bess Kalb olduğu iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün yeni açıqlama verən Kalb, "Mask 1 gün içində məni işdən çıxardı” - ifadəsini işlədib və xəbərin reallığa uyğun olmadığını bildirib:

“Salam dostlar. İlk olaraq, Twitter-in CEO-su olduğum müddətdə mənə dəstək olduğunuz üçün sizə təşəkkür etmək istəyirəm. Bu, inanılmaz bir təcrübə idi və mən son 24 saat ərzində qazandığım dostları və mentorları heç vaxt unutmayacağam. Bu səhər işdən çıxarıldım”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az