Səudiyyə Ərəbistanında səhər saatlarında təsirli olan leysan yağış Məkkə şəhəri başda olmaqla ölkə daxilində daşqınlara səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, küçələrin göllərə çevrildiyi Məkkədə sel suları nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib.