Pakistan Xarici İşlər Nazirinin başına mükafat qoyuldu

17:10 - 23 Dekabr 2022

Pakistan Xarici İşlər Nazirinin başına mükafat qoyuldu

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Hindistanın baş naziri Narendra Modini təhqir etdiyinə görə onun başına 20 milyon Hindistan rupisi mükafat qoyulub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zərdari bildirib ki, onun başına pul mükafatı qoyan şəxs Modinin hakim Bharatiya Janata Partiyasından (BJP) Manupal Bansaldır.

Uttar Pradeş əyalətinin Bagpat bölgəsinin lideri olan Bansal, Zərdarinin keçən həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) bəyanatlarından sonra keçirilən etirazlarda, “Nazirin başını gətirən kəsə 20 milyon Hindistan rupisi verəcəyini"- demişdi.

Bansal Modini təhqir etməyin yolverilməz olduğunu və pul mükafatını şəxsən təqdim edəcəyini bildirib.

Zərdari müsəlmanların işlətdiyi “Qucarat qəssabı” ifadəsi ilə Modinin insanlara unutdurmağa çalışdığı tarixi həqiqətləri xatırlatdığını və bunun şəxsi təhqir olmadığını müdafiə edib.

Pakistanlı nazir bildirib ki, onun başına mükafat qoyulması sui-qəsd çağırışıdır və BJP sərhədi keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az