Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilir

16:01 - 25 Dekabr 2022

Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilir

“Eren Abluka” antiterror əməliyyatlarının on səkkizinci payız-qış mərhələsi Diyarbəkir, Bingöl, Muş və Batman əyalətlərinin ərazilərini əhatə edib.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, əməliyyata 3650 hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub.

Nazir əmin edib ki, cinayətkar təşkilatların sonuncu üzvü məhv edilənə qədər terrorla mübarizə davam etdiriləcək.

Mənbə: Anadolu


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az