“Bu, məyusluqdur” - Zelenski

22:20 - 25 Dekabr 2022

“Bu, məyusluqdur” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Milad günü ilə bağlı dünyaya çağırış edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski 2022-ci ilin Ukrayna xalqı üçün ağır keçdiyini qeyd edib.

​​“Biz ənənəvi Milad ruhunu fərqli hiss edirik. Masalarımızda şam yeməyi dadlı və isti deyil. Ətrafda boş oturacaqlar var. Evlərimiz, küçələrimiz işıqlandırılmır. Bu, məyusluqdur. Təəssüf ki, bu il bütün bayramlar bizim üçün acı oldu. Möcüzə gözləməməli, onu özümüz yaratmalıyıq”, - deyə  Zeıenski bildirib.

Ukrayna Prezidenti 2023-cü ilin onlar üçün uğurlu olacağına inandığını bildirib:

"Bayramlarımızı qeyd edəcəyik, gülərək xoşbəxt olacağıq, həmişəki kimi sevinəcəyik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az