Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı mesaj verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin, Rusiya və Ukrayna arasında danışıqların mümkünlüyü ilə bağlı verdiyi açıqlamada, "Biz məqbul məsələlərdə tərəflərlə danışıqlara hazırıq" – deyib.
O, Qərbin Rusiyanı parçalamağı hədəflədiyini vurğulayıb:
"Onlar hər zaman bunu etməyə çalışırlar. Ancaq bizim məqsədimiz rus xalqını birləşdirməkdir. Düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik. Biz öz milli maraqlarımızı, xalqımızın mənafeyini qoruyuruq. Bunu etməkdən başqa çarəmiz yoxdur. Biz məqbul həll yolları üzrə iştirak edən hər kəslə danışıqlar aparmağa hazırıq, lakin bu, onlardan asılıdır. Danışıqlardan imtina edən biz deyilik, onlardır”.