Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

12:21 - 26 Dekabr 2022

Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 102 600 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 016 tank, 6 017 zirehli maşın, 1 996 artilleriya sistemi, 418 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 267 helikopter, 1 707 PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 4 647 avtomobil texnikası və avtosistern, 178 xüsusi texnikadan ibarətdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az