Rusiyanın BMT TŞ-dən çıxarılması üçün müraciət edəcəyik - Ukrayna

12:58 - 26 Dekabr 2022

Rusiyanın BMT TŞ-dən çıxarılması üçün müraciət edəcəyik - Ukrayna

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (UNSC) çıxarılması üçün müraciət edəcəklərini açıqlayıb.

 

Manset.a-ın xarici mediaya istinadən məlumatına görə, Kuleba iddia edib ki, Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də başladığı müharibədən sonra ölkənin veto hüququ ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalmaq hüququ yoxdur.

Bunun BMT Təhlükəsizlik Şurasının kulislərində uzun müddətdir müzakirə edildiyini açıqlayan Kuleba, bu addımın “Kreml administrasiyasının yenidən sülh və təhlükəsizliyə təhdid yaratmaması üçün” atılmalı olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az