Rusiya Avropanı belə ələ saldı - Mübahisəli reklamda gizli mesaj nədir? (VİDEO)

14:21 - 26 Dekabr 2022

Rusiya Avropanı belə ələ saldı - Mübahisəli reklamda gizli mesaj nədir? (VİDEO)

Sərt qış ayları səbəbindən avropada aylarla böyük bir çarəsizlik və üsyan hökm sürərkən Rusiyadan gözdağı kimi “yeni il mesajı” verilib.

 

Manset.a-ın xarici mediaya istinadən məlumatına görə, "Russia Today" (RT) kanalı yeni il mövzulu mesajında ​ Avropaya gözdağı verib. Reklamdakı kadrlar Rusiyanın Avropa ilə işinin bitmədiyi kimi şərh edilib. Rusiya kanalının reklam çarxında avropalılara “Bizi qəzəbləndirməyə davam etsəniz, axırınız belə olacaq” mesajını verən səhnələr böyük əks-səda doğurub.

Yeni il reklamını "Yeni anti-Rusiya iliniz mübarək!" mesajı ilə bitirən RT bu gərginliyin sonunun Avropa üçün çox daha pis günlərə səbəb olacağı barədə xəbərdarlıq edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az