Universitetdə oxumaları qadağan edilən əfqan qadınlarına bir ölkədən sürpriz dəvət

16:06 - 26 Dekabr 2022

Universitetdə oxumaları qadağan edilən əfqan qadınlarına bir ölkədən sürpriz dəvət

Əfqanıstanda radikal islamçı Taliban təşkilatı tərəfindən universitetlərdə təhsil almağa qadağa qoyulan əfqan qadınlara İrandan dəstək verilib.

 

Manset.a-ın xarici mediaya istinadən məlumatına görə, son zamanlar qadınların başçılıq etdiyi kütləvi etiraz dalğasına çevrilən İran, universitetlərdə oxuması qadağan edilən əfqan qadınları ölkəyə dəvət edib.

İran Xarici İşlər Nazirliyinin müşaviri Rəsul Musəvi ötən gün Əfqanıstanın Tehrandakı səfiri ilə görüşdüyünü və təhsil almaq istəyən əfqan qadınlarına dəstək verməyə hazır olduqlarını bildirib. Tvitter hesabında açıqlama verən İran rəsmisi bildirib ki, Tehran əfqan qadınlarının universitetdə təhsillərini davam etdirmələri üçün onlayn kanallar da daxil olmaqla hər cür imkanları təqdim etməyə hazırdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani də ötən həftə Talibanın qadağasına sərt reaksiya verib və qərarın ləğvi üçün Taliban rəsmiləri ilə görüşərək addım atacaqlarını bildirib. İran İslam Respublikasındakı təzyiqlərə baxmayaraq, universitetdə təhsil alan qadınların nisbəti kişilərdən daha çoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az