Hindistanın Yeni Dehli Dəmir Yolu Stansiyasında işə götürüləcəkləri vədi ilə aldadılan 28 nəfərdən 1 ay ərzində stansiyaya girən və çıxan qatarları saymaları istənilib.
Manset.a-ın xarici mediaya istinadən məlumatına görə, Yeni Dehli Dəmiryol Vağzalında bəzi vəzifələrə yerləşdiriləcəkləri vədi ilə aldadılan 28 nəfər fırıldaqçılar ucbatından 2400 dollar itirib.
Subbusvami adlı keçmiş ordu zabiti polisə müraciətində özünü "dövlət məmuru" kimi təqdim edən Sivaramanın işsiz insanlara iş tapmaq üçün dövlət qulluğu göstərmək istədiyini bildirib.
Məlum olub ki, aldadılan 28 nəfər iyun və iyul aylarında Nyu-Dehli Dəmiryol Vağzalına girib-çıxan qatarları və maşinistləri sayaraq, bunun işə götürüləcəkləri vəzifə üçün “təlim” olduğunu düşünürdülər.
Aldadılan “işçilər” təxminən 1 aya yaxın stansiyada hər gün 8 saat qatar sayıblar.
Hadisə fırıldaqçılarla iş axtaranlar arasında əlaqə quran Subbusvaminin polisə şikayət etməsindən sonra üzə çıxıb.
Vasitəçi Subbusvami, sonradan aldadıldığını anlayıb və heç vaxt həmyerlilərindən heç bir maddi üstünlük əldə etməyib.
Mövzu ilə bağlı danışan zərərçəkənlərdən biri deyib:
“Təlim üçün Dehliyə getdik, etdiyimiz tək şey qatarları saymaq idi. Biz bundan şübhələnirdik, amma vasitəçi qonşumuzla yaxşı dost idi deyə ona inanmışdıq. Mən indi çox utanıram”.