Məşhur sovet yazıçısı Maksim Qorkinin Ukraynanın Dnepr şəhərindəki heykəli götürülüb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, məlumatı təsdiq edən foto “Telegram”ın Ukrayna seqmentində yayılıb.
Dnepr merinin müavini Mixail Lısenkonun sözlərinə görə, prosesə mütəxəssislər cəlb ediləndən sonra heykəlin taleyi barədə kollektiv qərar çıxarılacaq.