Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın Ukraynada apardığı müharibənin dünya nizamını alt-üst etdiyini deyib.
Manset.a-ın xarici mediaya istinadən məlumatına görə, Qaribaşvili “Rusiyanın ədalətsiz hərbi təcavüzü, Ukraynadakı müharibə dünya nizamını pozan ən böyük problemdir və ilin ən mühüm hadisəsidir” – deyib.
Ukraynadakı qarşıdurmaların bütün region üçün təhlükə yaratdığını bildirən Qaribaşvili, “Arzumuz bu müharibənin bir an əvvəl bitməsidir, çünki bu müharibə təkcə Ukraynanın deyil, bütün Avropanın və regionumuzun təhlükəsizlik arxitekturasını təhdid edir. Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha bəyan edirik” -əlavə edib.