“Ukraynadakı müharibə Avropanı təhlükəyə atdı” - Qaribaşvili

19:52 - 26 Dekabr 2022

“Ukraynadakı müharibə Avropanı təhlükəyə atdı” - Qaribaşvili

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ukraynadakı müharibənin dünya ölkələri üçün təhdid rolu oynadığını qeyd edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Qaribaşvili bunu paytaxt Tbilisidə keçirilən Səfirlər Konfransı 2022-nin açılışında bildirib.

"Rusiyanın ədalətsiz hərbi müdaxiləsi, Ukraynadakı proseslər dünya nizamını alt-üst edən ən böyük problemdir və ilin mühüm hadisəsidir. Arzumuz müharibənin bir an əvvəl bitməsidir, çünki bu, təkcə Ukraynanın deyil, bütün Avropa və regionumuzun təhlükəsizlik arxitekturasını təhdid edir ",-deyə Qaribaşvili vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az