Ukraynanın xarici işlər naziri Dmitro Kuleba fevral ayında Ukrayna-Rusiya müharibəsinin ildönümündə “sülh sammiti” keçirməyi hədəflədiklərini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kuleba müharibələrin diplomatik üsullarla bitdiyini bildirib.
O, fevral ayında Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin moderatorluğu ilə “sülh zirvəsi” təşkil etməyi hədəflədiklərini açıqlayıb və vurğulayıb ki, Rusiyanın sammitə qatılması üçün “ilk növbədə beynəlxalq məhkəmədə hərbi cinayətlərə görə cavab verməlidir”.
Rusiyanın sülh danışıqlarına hazır olduğu açıqlamasının həqiqəti əks etdirmədiyini dilə gətirən Kuleba, "Onların döyüş meydanında etdikləri bunun əksini sübut edir" - deyib.
2023-cü ildə müharibəni qazanmaq üçün əllərindən gələni edəcəklərinə və bu prosesdə diplomatiyanın mühüm rol oynayacağına diqqət çəkib.