Medvedevdən 2023 üçün 10 bədbin proqnoz

12:27 - 27 Dekabr 2022

Medvedevdən 2023 üçün 10 bədbin proqnoz

Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti Dmitri Medvedev sosial media hesabında 2023-cü il üçün 10 proqnozunu paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Medvedevin yeni illə bağlı proqnozları arasında "ABŞ-da vətəndaş müharibəsi olacaq. Vətəndaş müharibəsindən sonra respublikaçılara qoşulacaq İlon Mask bəzi ştatlarda prezident seçkilərində qalib gələcək" kimi hadisələr olub.

Sosial media hesabında 2023-cü ilə dair proqnozlarını paylaşan Medvedev, ABŞ-da vətəndaş müharibəsinin başlayacağı iddiası da daxil olmaqla, 10 maddə sadalayıb. Medvedevin proqnozlarını təqdim edirik:

  1. Neftin qiyməti 150 dollar/barelə qalxacaq, təbii qazın qiyməti 1000 kubmetr üçün 5 min dollara çatacaq.
  2. Britaniya yenidən Aİ-yə daxil olacaq
  3. Böyük Britaniyanın qayıtması ilə Aİ məhv ediləcək, avro dövriyyədən çıxarılacaq
  4. Polşa və Macarıstan Ukraynanın dağıdılan qərb hissələrini ilhaq edəcək
  5. Almaniyanı və onun Polşa, Baltikyanı ölkələr, Çexiya, Slovakiya və Kiyev Respublikası kimi peyklərinin ərazilərini əhatə edən Dördüncü Reyx yaradılacaq.
  6. Fransa ilə Dördüncü Reyx arasında müharibə olacaq. Bu prosesdə Polşa bölünəcək
  7. Şimali İrlandiya Böyük Britaniyadan ayrılaraq İrlandiya Respublikasına qoşulacaq
  8. ABŞ-da vətəndaş müharibəsi başlayacaq, Kaliforniya və Texas müstəqilliklərini elan edəcəklər. Texas və Meksika ittifaq yaradacaq. Vətəndaş müharibəsindən sonra respublikaçılara qoşulacaq İlon Mask bəzi ştatlarda prezident seçkilərində qalib gələcək.
  9. Qiymətli kağızlar bazarı və maliyyə fəaliyyətləri Asiyaya köçmək üçün ABŞ və Avropanı tərk edəcək
  10. Bretton Woods monetar idarəetmə sistemi çökəcək və bu, BVF və Dünya Bankının məhvinə gətirib çıxaracaq. Avro və dollar qlobal ehtiyat valyuta olmaqdan çıxacaq. Bunun əvəzinə rəqəmsal valyutalardan səmərəli istifadə olunacaq.

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az