Rusiyada oliqarxlar müəmmalı şəkildə ölməkdə davam edir - Putini tənqid edən oliqarx öldü

12:48 - 27 Dekabr 2022

Rusiyada oliqarxlar müəmmalı şəkildə ölməkdə davam edir - Putini tənqid edən oliqarx öldü

Rusiya lideri Putini tənqid edən adlardan biri olan nəhəng kolbasa şirkətinin sahibi Pavel Antov Hindistanda qaldığı lüks otelin “pəncərəsindən yıxılaraq” dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ad gününü qeyd etmək üçün dostları ilə getdiyi Hindistanın Rayaqada bölgəsində lüks oteldə qalan Antov otelin üçüncü mərtəbəsindəki pəncərədən yıxılaraq ölüb.

Bildirilib ki, Vladimir vilayətində yerli deputat kimi fəaliyyətini davam etdirən və ölkənin ən zəngin siyasətçilərindən biri olan Antov ağır bədən xəsarətləri ilə otelin hovuzunda tapılıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az