Rusiyanın bütün bölgələrinə “donuz qripi” yayıldı

15:53 - 27 Dekabr 2022

Rusiyanın bütün bölgələrinə “donuz qripi” yayıldı

Mütəxəssislər Rusiyanın bütün regionlarında A (H1N1) 2009 və ya “donuz qripi” ştammını qeydə alıblar.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib:

“Qripin ən çox yayılmış ştammı hələ də Rusiyanın bütün regionlarında qeydə alınan A (H1N1) 2009-dur”.

Bildirilib ki, Rusiyada dolaşan respirator viruslar arasında qrip virusları üstünlük təşkil etməkdə davam edir. Belə ki, onlar respirator infeksiyaların strukturunda 76,5% təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az