İstanbulda ictimai nəqliyyatda gedişhaqqı artırıldı

16:20 - 27 Dekabr 2022

İstanbulda ictimai nəqliyyatda gedişhaqqı artırıldı

İstanbulda ictimai nəqliyyatda gedişhaqqı artırılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gedişhaqları 29,10% artırılıb. 

Məlumata görə, qiymət artımı avtobus və metro ilə yanaşı, taksilərə də şamil edilib. 

Bildirilir ki, elektron biletin qiyməti 7,67 lirədən 9,90 lirəyə, tələbələr üçün elektron biletin qiyməti 3,74 lirədən 4,83 lirəyə, müəllimlər üçün elektron biletin qiyməti 5,49 lirədən 7,09 lirəyə qaldırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az