Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək

09:51 - 28 Dekabr 2022

Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək

Qətərdə təşkil olunan Dünya Çempionatında Argentina millisinin futbolçuları Qətər Universitetinin kampusunda yerləşib.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, komandanın ulduzu və kapitanı Lionel Messi kampusda 29 gün ərzində B201 nömrəli otaqda qalıb.

Məlumata görə, Qətər Universiteti Messinin qaldığı otağı mini muzeyə çevirmək qərarına gəlib.

Bu otaqda argentinalı futbolçuların eksklüziv fotoları və formaları da nümayiş etdiriləcək.

Qeyd edək ki, dekabrın 18-də Qətərdə DÇ-2022-nin Argentina və Fransa milliləri arasında baş tutan final matçının əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Oyunun əlavə vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib və matç penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü, Messi isə ilk dəfə dünya çempionu adını qazanıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az