İngiltərənin Suffolk şəhərinin Stowmarket bölgəsində ihbardan sonra meşəlik əraziyə gedən polis qrupları qazdıqları torpağın altında maraqlı mənzərə ilə qarşılaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qazıntıda mağara tapan qruplar içəri girdikləri zaman mağarada bir adamın yaşadığını görüblər.
Mağaranın yerləşdiyi ərazinin həmin şəxsin mülkiyyətində olan torpaq olmadığını müəyyən edən qruplar, apardıqları araşdırmalar nəticəsində kişinin 2019-cu ildən mağarada yaşadığını müəyyən ediblər. Hökumətin məlumatı ilə mağarada yaşayan kişi ərazidən təxliyə edilib.
Mağarada yaşayan şəxsə ailəsindən birinin sahib çıxdığı və hazırda ailə üzvünün evində baxıldığı bildirilib.