Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Talibanı qadınların ictimai həyatda iştirakını məhdudlaşdıran qərar və təcrübələrini ləğv etməyə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, BMT Təhlükəsizlik Şurasının verdiyi bəyanatda Talibanın qadınların universitetlərə girişini dayandırmasından çox narahat olduğu ifadə edilib.
Əfqan qızların 6-cı sinifdən sonra məktəbə getməsinə mane olan qərarı pisləyən bəyanatda Əfqanıstandakı qadın və qızların ölkədə tam, bərabər və mənalı şəkildə iştirak etməsi tələb edilib.
Şura Talibanı məktəbləri yenidən açmağa və insan hüquqlarına və əsas azadlıqlara hörmətin "artan eroziyasını təmsil edən" siyasət və təcrübələri tez bir zamanda ləğv etməyə çağırıb.
Əfqanıstanda QHT və beynəlxalq təşkilatlarda qadınların işə götürülməsinə qoyulan qadağanın aradan qaldırılmasını tələb edən Şura bu qadağanın ölkədə humanitar yardım əməliyyatlarına ciddi təsir edəcəyini vurğulayıb.