Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin davam etdiyini və ordunu gələn il üçün hazırlamağa davam etdiklərini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski bildirib ki, onlar bu gün müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşüb və cəbhədəki son vəziyyəti müzakirə ediblər.
O, ordunun gələn il hazırlıqları barədə danışdıqlarını bildirib:
"Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il üçün hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır" – deyib.
Ukrayna ordusunun bütün fəsillərə hazır olması lazım olduğunu vurğulayan Zelenski, "Qışda risklərin nə olduğunu, yazda nə etməli olduğumuzu və buna görə də bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri göstərməli olduğunu bilirik" - əlavə edib.