Özbəkistanda Hindistan mənşəli öskürək siropundan istifadə nəticəsində ölən 18 uşağın ilə ölümü ilə bağlı istintaq başladılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətindən verilən açıqlamada Hindistanın “Marion Biotech” şirkətində istehsal olunan “Dok-1 Max” öskürək siropunun istifadəsi nəticəsində 18 uşağın öldüyü bildirilib.
Açıqlamada sözügedən siropu idxal edən “Kuramax Medikal” və bu dərmanın ölkə ərazisində istifadəsinə icazə verən “Elmi Əczaçılıq Standartlaşdırma Mərkəzi”nə qarşı istintaq başladıldığı və şübhəlilərin saxlanıldığı vurğulanıb.
Bu öskürək siropunun üzərində aparılan laboratoriya analizləri nəticəsində dərmanın tərkibində zəhərli maddə olan “etilen qlikol” aşkar edilib və dərmanın ölkə ərazisində satışı qadağan edilib.