“Putinlə bir çox məsələlərdə razılaşdıq” – Lukaşenko

15:13 - 28 Dekabr 2022

“Putinlə bir çox məsələlərdə razılaşdıq” – Lukaşenko

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda bazar ertəsi Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin toplantısında bir araya gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kreml və Belarus Rəyasət Heyətinin verdiyi birgə bəyanatda Ukraynada davam edən müharibəyə toxunulmayıb və liderlərin görüşünün təfərrüatları paylaşılmayıb.

Lukaşenko açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:

“Görüşümüzün sadəcə görüşməkdən, çay içməkdən ibarət olduğunu düşünənlərə deməliyəm ki, belə deyil. Bir çox vacib məsələləri müzakirə etdik. Bəzən ölkələr bunu həyata keçirmək üçün illər tələb edir. Biz bir çox problemləri həll etməyə yaxınıq”.

Lukaşenkonun “bir çox razılaşmaların əldə olunduğunu deyərək, buna görə Putinə təşəkkür etdiyi” də bildirilib. Görüşdə daha çox iqtisadiyyatla bağlı mövzuların müzakirə olunduğu əlavə edilib.

Putin görüşü “bir çox mühüm məsələlərin nəzərdən keçirilməsi üçün yaxşı fürsət” kimi qiymətləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az