Türkiyədə terror aktı hazırlayan şəxslər saxlanıldı: Təlimatı İrandan aldılar

22:43 - 28 Dekabr 2022

Türkiyədə terror aktı hazırlayan şəxslər saxlanıldı: Təlimatı İrandan aldılar

Türkiyədə partlayıcılarla terror aktı hazırlayan 5 terrorçu ölkənin cənub-şərqində saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar təlimatları İrandan alıblar.

Nazirin açıqlamalarına görə, saxlanılan şəxslərin ev və iş yerlərində axtarışlar zamanı tapança, 2 qumbara, 1 səsboğucu, 2 patron darağı 9 ədəd 7,65 patron, 1 radio, çoxlu sayda digər silahlar aşkar edilib.

Həmçinin, bomba istehsalında istifadə edildiyi güman edilən materiallar və metal toplar, yaddaş kartları, telefonlar, sim kartlar, fleş disklər, təşkilati sənədlər ələ keçirilib.

Hazırda Van Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində saxlanılan şəxslərin istintaqı davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az