Rusiya Yunanıstana xəbərdarlıq etdi: Buna haqqınız yoxdur

09:53 - 29 Dekabr 2022

Rusiya Yunanıstana xəbərdarlıq etdi: Buna haqqınız yoxdur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Yunanıstanın Rusiyanın razılığı olmadan S-300-ləri başqa ölkəyə ötürmək hüququ yoxdur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lavrov bu sistemlərin əvvəlcə Cənubi Kiprdə yerləşdirilməsinin və sonda Yunanıstana çatdırılmasının planlaşdırıldığını xatırladaraq deyib:

"Səfirimizə Yunanıstan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə müraciət edərək bu sistemlərin Yunanıstana çatdırıldığını xatırlatmağı tapşırdıq. Müqaviləyə əsasən, Yunanıstanın bizim icazəmiz olmadan bu sistemləri heç kimə ötürmək hüququ yoxdur. Biz bunu yunanlara xatırlatdıq. Bizə dedilər ki, öhdəliklərinə əməl edirlər. Biz bu kimi məsələləri yaxından izləyirik. Ayıq-sayıq olmalıyıq. Çünki “Ukraynanı xilas edəcəyik, çünki Ukrayna Avropadır” şüarı ilə bir çox qanunsuz işlər görülür”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az