İranda insan haqları məsələlərinə diqqət yetirən Norveçdə yerləşən İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatı etirazlarda ən azı 100 etirazçının edam cəzası ilə üzləşdiyini və etirazlarda 476 nəfərin öldüyünü açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada həyatını itirən 476 nəfərdən 64-nün uşaq, 34-nün qadın olduğu bildirilib:
“Bundan əlavə, ən azı 100 etirazçı indi edam, ölüm hökmü və ya həbs təhlükəsi ilə üzləşib. Bir çox ailələr susmaq üçün təzyiq altındadır və həqiqi sayın daha çox olduğuna inanılır”.