Bu ölkədə "COVİD-19"la bağlı XƏBƏRDARLIQ

22:30 - 29 Dekabr 2022

Bu ölkədə \"COVİD-19\"la bağlı XƏBƏRDARLIQ

Çin "Sıfır COVID" siyasətindən əl çəkdikdən sonra İtaliya bu ölkədən gələn sərnişinlər üçün COVID testini məcburi edib.

 

Manset.az Cnnturk.com-a istinadən xəbər verir ki, Milanda keçirilən ilk testlərdə Çindən gələn hər iki nəfərdən birinin nəticəsi pozitiv olub.

Hökumət bununla bağlı bütün Avropanı hərəkətə keçməyə çağırıb.

Baş nazir Giorgia Meloni bildirib ki, Çindən gələn sərnişinlərdən götürülən nümunələr üzərində aparılan ilkin müayinələr yeni varianta işarə etmir. Meloninin açıqlamasına görə, ilk 15 hadisə üzrə aparılan müayinələrdə İtaliyada artıq mövcud olan Omicron variantları aşkar edilib.

İtaliya Səhiyyə Nazirliyinin dünən verdiyi qərara əsasən, Çindən ölkəyə gələn bütün uçuşlarda Covid testləri aparılacaq. Testi müsbət çıxan sərnişinlər vəziyyətlərinin ağırlığından asılı olaraq evdə, oteldə və ya xəstəxanada karantinə alınacaqlar.

 

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az