ABŞ-də qar fırtınası və soyuq hava səbəbindən ölənlərin sayı 78-ə çatıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “NBC” yayıb.
Məlumata görə, ölkə boyu qar fırtınası zamanı havanın temperaturu –45°C-yə qədər enib. Bir neçə şəxs öz avtomobilində ölü tapılıb, daha bir neçə nəfər isə qar təmizləyərkən ürək tutmasından dünyasını dəyişib.
Nyu-Yorkda növbəti günlərdə temperaturun yüksəlməsi səbəbindən daşqınların olacağına dair risklər var.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bir neçə gün əvvəl Nyu-Yorkda fövqəladə vəziyyət elan edib.